Yaxında smartfon PC-də veb kamera kimi istifadə edilə bilər

10:49 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. Smartfon güclü veb kamera kimi istifadə edilə bilər. Bu funksiya yaxın vaxtlarda həyata keçiriləcək.

ABC.AZ xəbər verir ki, Microsoft Phone Link ilə Microsoft smartfonu kompüterdən idarə etmək imkanı verir. Mesajları artıq kompüterdən oxumaq və cavablandırmaq mümkün olacaq. Bu zaman mesajlar klaviaturadan yazılacaq. Gələcəkdə Microsoft PC və smartfon bağlantısının funksionallığını xeyli genişləndirəcək.

“Android Authority” bildirir ki, Android smartfonu Windows ƏS olan kompüterdə veb kamera kimi də istifadə edilə bilər. Lakin bu barədə rəsmi açıqlama verilməyib və sözügedən funksiya hələ həyata keçirilməyib.

“Apple” artıq belə bir həll təklif edir, buna görə bu funksiya macOS 13 və ən azı iOS 16 olan iPhone sahibləri üçün mövcuddur.

 

Bütün xəbərlər