11:23 - 1.12.2023
1 dekabr, Fineko/abc.az. Azərbaycanda 13 ildir fəaliyyətdə olan Türk şirkəti “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı 25 min manatadək cərimələnə bilər.
ABC.AZ xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti protokol tərtib edib Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərib.
Protokolun mahiyyəti Azərbaycanın İnzibatı Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə bağlıdır. Bu maddə şəxslərə cərimə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə tətbiq edilir.
Belə ki, fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024