Dövlət vəsaitlərinin effektiv idarə edilməsində problemlər var - Palata Sədri

11:30 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. Satınalmalar haqqında bu vaxta qədər mövcud olan qanun əsasında aparılan auditlərin nəticələri göstərir ki, qanunun tətbiqi və dövlət vəsaitlərinin effektiv idarə edilməsi ilə bağlı problemlər var.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“Qanun gündəlik fəaliyyətə dəstək olmaq üçün qəbul edilir. O, xoş üçün deyil, problem üçün deyil, problemin həlli üçündür. Hansısa normativ hüquqi aktın tətbiqində problem varsa, onu həyata keçirmək quruma problem yaradırsa, ona yenidən baxılmalıdır. Yeni qanun əsasında biz Dövlət Xidməti ilə əməkdaşlığı davam etdirəcəyik”, – deyə sədr əlavə edib.

Bütün xəbərlər