Qanunvecilik aktlarında dəyişiklik olacaq - Vüqar Gülməmmədov

11:46 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. Hesablama Palatası Dövlət satınalmalarının auditi üzrə təlimat üzərində işləyir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

O qeyd edib ki, yeni qanunun tətbiqi ilə bağlı bəzi qanunvecilik aktlarında dəyişiklik olacaq. Bunlar bitdikdən sonra biz təlimatı yekunlaşdıracayıq.

"Təlimatın məqsədi Palatanın funksiyanal vəzifəsi ilə bağlı işləri həyata keçirməkdir. Yeni qanunla Palatanın əsas funksiyalarından biri satınalmaların effektivliyinin və vaxtında olmasının qiymətləndirilməsidir. Satınalamanın iki əsas böyük mərhələsi var. Birincisi protokollaşdırılmadır, ikincisi isə o protokol əsasında müqavilənin bağlanılmasıdır. Satınalma müqaviləyə uyğun icra edilmədikdə yenidən şərtlər, öhdəliklər irəli sürülür. Bu günə qədər apardığımız nəzarət tədbirlərindəki əsas pozuntular bunlarla bağlı olub” - deyə V.Gülməmmədov bildirib.

 

Bütün xəbərlər