Rusiyada milyarderlərin sərvəti 38.575 milyard dollar artıb

14:56 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən 38.575 milyard dollar artıb.

ABC.AZ xəbər verir ki, ən böyük artım kapitalı 24.5 milyard dollara çatan “Lukoil” şirkətinin ortaq sahibi Vahid Ələkbərov qazanıb. 

Maraq üçün qeyd edək ki, ümumilikdə BBI reytinqinə dünyanın 500 ən varlı adamı daxildir ki, onlardan 25-i Rusiya vətəndaşıdır. Onların ümumi sərvəti dekabrın 1-nə 316.82 milyard dollar təşkil edir.

Rusiya milyarderlərinin ən varlısı “Norilsk Nikel”in əsas sahiblərindən biri olan və ilin əvvəlindən sərvətini 2.11 milyard dollar artıraraq 30.7 milyard dollara çatdıran Vladimir Potanindir. İkinci yeri sərvəti 2.71 milyard dollar artaraq 27.3 milyarda yüksələn “Novatek”in həmsahibi Leonid Mixelson tutur. Vahid Ələkbərov üçüncü yeri qoruyub saxlayır.

Dördüncü yeri hələ də NLMK-nın benefisiarı Vladimir Lisin tutur, ilin əvvəlindən o, sərvətini 3.07 milyard dollar artıraraq 22.9 milyarda çatdırıb. Beşinci yerdə 1.87 milyard dollar varlanan Alişer Usmanov qərarlaşıb, onun sərvəti hazırda 20.3 milyard dəyərində qiymətləndirilir.