15:22 - 1.12.2023
1 dekabr, Fineko/abc.az. “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azəralüminium” MMC 2022-ci ili 27,715 milyon manat xalis mənfəətlə başa vurub.
ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 7,9 % azdır.
Ötən il “Azəralüminium”un vergiyəqədərki mənfəəti 34,75 milyon manat (əvvəlki ilə nisbətən 7,6 % az), mənfəət vergisi ödəmələri isə 7,036 milyon manat (6,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azəralüminium”un aktivləri 365,509 milyon manat olub ki, bu da illik müqayisədə 3,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 38,2 % azalaraq 23,948 milyon manata düşüb, balans kapitalı 8,4 % artaraq 341,561 milyon manata çatıb.
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
13 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024