“Digital.Azerbaijan” brendini təqdim edilib - Detallar

15:28 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirıiyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Digital.Azerbaijan” brendini təqdim edib. 

ABC.AZ xəbər verir ki, brend barədə Agentliyin sədri İnarə Vəliyeva Bakıda keçirilən "Inmerge İnnovasiya Sammiti"nin ikinci günündə rəqəmsallaşma ilə bağlı panel müzakirələrində məlumat verib.

O, bildirib ki, “Digital.Azerbaijan” rəhbərlik etdiyi qurumun innovasiya və rəqəmsallaşma üzrə gördüyü işlərin mərkəzləşdirilərək bir çətir altında həyata keçirilməsini təmin edəcək.

“Agentliyin rəqəmsal hökumət, rəqəmsal səriştələr və innovasiya ekosistemi ilə bağlı təşəbbüsləri “Digital.Azerbaijan” brendi altında həyata keçiriləcək. Gələcəkdə bu brend həm yerli, həm də qlobal miqyasda bütün təşəbbüslər üçün vahid sima rolunu oynayacaq. “Digital.Azerbaijan” bizim gələcəyə baxışımızı, ölkənin rəqəmsal inkişafına sadiqliyini nümayiş etdirir. Bizi yeni öhdəliklər, çağırışlar gözləyir. Bununla belə, biz bu yolda sarsılmaz əməkdaşlıq, tərəfdaşlıq və kollektiv səylə qarşıda duran missiyanın və çağırışların öhdəsindən gəlməyə hər zaman hazırıq", - deyə sədr qeyd edib.

Bütün xəbərlər