“Şahdağ” turizm mərkəzinin nizamnamə kapitalı 14 dəfə artıb

10:34 - 31.10.2017


Azərbaycan Respublikasının Nazirlər Kabineti “Şahdağ” turizm mərkəzinin  nizamnamə kapitalının artırılması haqqında qərar qəbul edib.

“Şahdağ turizm mərkəzi” QSC-nin nizamnaməsi və strukturu haqqında qərara edilmiş düzəlişlərə əsasən, şirkətin nizamnamə kapitalı 37 777 427,56 manatdan 546 775 725,05 manata qədər  çatdırılıb.