Ali Məhkəmədə kredit və digər mübahisələr müzakirə edilib

15:48 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. Ali Məhkəmədə kredit və digər mübahisələrə baxılması zamanı üzə çıxan problemlər müzakirə olunub.

ABC.AZ xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, Ali Məhkəmədə “Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə keçirilib.

Qonaqlara bu platforma çərçivəsində aparılan görüşlərin əsas məqsədinin ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurətinin, habelə təcrübədə rast gəlinən problemlərin və onların aradan qaldırılması yollarının müzakirəsindən ibarət olduğu bildirilib.

Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev məhkəmə-hüquq sahəsində aparılan son islahatlar, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində, o cümlədən Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşması üzrə həyata keçirilmiş yenilikləri qonaqların diqqətinə çatdırıb.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxışında dialoqun keçirilməsini müsbət qiymətləndirərək, aparılan müzakirələrin hər iki tərəfin gözləntiləri baxımından mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər