Qarabağ Dirçəliş Fondunun vəsaitlərinin saxlanılması barədə Qaydalar hazırlanacaq

16:16 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. “Qarabağ Dirçəliş Fondunun vəsaitlərinin saxlanılması və idarə edilməsi haqqında” Qaydalar hazırlanacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Fondun məlumatında bildirilir.

Məlumata görə, artıq bununla bağlı hazırlıqlara başlanılıb. Qaydaların gələn ilin I yarısının sonuna qədər hazır olması nəzərdə tutulur.

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır.