Bundan sonra taksi sürücülərindən hansı sənədlər təqdim ediləcək?

17:00 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. Taksi sürücülərindən xüsusi hazırlıq üzrə dərslərdə iştirak etmək üçün tələb ediləcək sənədlər açıqlanıb.

ABC.AZ xəbər verir ki, dəyişikliyə əsasən, sürücülər xüsusi hazırlıq üzrə dərslərdə iştirak etmək üçün aşağıdakı sənədləri bu qaydada göstərilən qurumlara təqdim etməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin surəti;

– bir ədəd fotoşəkil (3×4 sm ölçüsündə);

– sürücülük vəsiqəsinin surəti.

Xüsusi hazırlığı keçirən qurumlar tərəfindən yuxarıda qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sürücülərdən tələb edilmir.

Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sürücülərin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sürücülər tərəfindən təmin edilir. Xüsusi hazırlıqda iştirak etmək üçün müraciət etmiş və bu Qaydada göstərilən sənədləri təqdim etmiş sürücülərə hazırlığın başlanılmasına azı 5 (beş) gün qalmış bu barədə məlumat verilir.

Bütün xəbərlər