Ağdam Sənaye Parkında may ayında yeni müəssisə fəaliyyətə başlayacaq

17:29 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan “NN-Tel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) gələn ilin may ayından sonra fəaliyyətə başlamağı planlaşdırır. 

ABC.AZ xəbər verir ki, bunu “NN-Tel Group” MMC-nin direktoru Nərgiz Bədəlova bildirib.

Onun sözlərinə görə, müəssisə fəaliyyətə başlamaq üçün Sənaye Parkında infrastrukturun hazır olmasını gözləyir. Hazırda isə şirkət tikinti layihəsi üzərində çalışır. PVC dam örtüklərinin istehsalını həyata keçirəcək “NN-Tel Group”un aylıq istehsal həcmi 14000 kvadratmetr olacaq.

Dam örtükləri əvvəlcə ölkənin tələbatının ödənilməsi üçün daxili bazarda satılacaq, daha sonra isə ixrac ediləcək.

Şirkət ilkin mərhələdə istehsal fəaliyyətinə 680 000 manat investisiya yatırmağı planlaşdırır.

Bütün xəbərlər