“Bitcoin”in qiyməti 40 min dolları keçdi

10:03 - 4.12.2023


4 dekabr, Fineko/abc.az. “Bitcoin”in qiyməti yenə bahalaşıb və 40 min dolları keçib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, kriptovalyuta 25 aprel 2022-ci ildən bəri ilk dəfə bu səviyyədə ticarət edilir.

Sözügedən məlumatı “CoinMarketCap” xidmətindən bildirilib.

Belə ki, Bakı vaxtı ilə saat 4:15-də “Bitcoin”in qiyməti 40.1 min dollara yüksəlib. Gündəlik artım təxminən 2%, yeddi gün ərzində – 7%, ay ərzində – 15% təşkil edib.

Bütün xəbərlər