Qızıl niyə bahalaşır?

10:48 - 4.12.2023


4 dekabr, Fineko/abc.az. ABŞ-ın uçot dərəcəsini azaldacağı ilə bağlı prqonozları qızıla münasibəti də yaxşı mənada dəyişib. Belə ki, sözügedən proqnozlardan sonra qızılın qiyməti artıb.

ABC.AZ xəbər verir ki, oktyabrın əvvəlindən bu yana qızıl bazarında davam edən qiymət artımı, cümə günü FED sədri Cerom Pouelin verdiyi açıqlamalardan sonra dollar və xəzinə istiqrazlarının faizlərinin azalmasına görə daha da sürətlənib. Pauell daha sonra bu məsələni əksinə çevirmək üçün çalışıb. 

Buna baxmayaraq, mübadilə bazarları hazırda mart ayında təqribən 55% azalmanın olacağını düşünür.