Hərracda satılan ən bahalı avtomobillər – Siyahı

11:05 - 4.12.2023


4 dekabr, Fineko/abc.az. Noyabrın 13-də Nyu-Yorkda "RM Sotheby’s" hərracında "Scaglietti"nin 1962-ci il istehsalı olan Ferrari 330 LM/250 GTO avtomobili 51.7 milyon dollara satılıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki,  antik yarış avtomobili indiyə qədər hərracda satılan ən bahalı Ferrari və 2023-cü ildə ictimaiyyətə satılan ən bahalı avtomobil olub.

2023-cü ildə hərraclarda satılan ən bahalı 5 avtomobil aşağıdakılardır:

1. 1962-ci il istehsalı Ferrari 330 LM/250 GTO, 13 noyabrda 51.7 milyon dollara satılıb.

2. 1967-ci il istehsalı Ferrari 412P Berlinetta, 17 avqustda 30.2 milyon dollara satılıb.

3. “Formula -1″in Mercedes-i noyabrın 17-də 18.8 milyon dollara satılıb.

4. 1962-ci il istehsalı Ferrari 250 GT SWB California Spider, martın 2-də 18 milyon dollara satılıb.

5. 1964-cü il istehsalı Ferrari 250 LM, 5 iyulda 17 milyon dollara satılıb.

 

Bütün xəbərlər