SOCAR-ın işçilərinin sayı artıb, ya azalıb?

15:09 - 4.12.2023


4 dekabr, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) 2023-cü ilin yarımilliyinə olan işçi sayı açıqlanıb.

ABC.AZ xəbər verir ki, dövlət şirkətinin işçilərinin sayı barədə SOCAR-ın hesabatında qeyd edilib. 

Hesabata görə, 30 iyun 2023-cü il tarixinə onun işçilərinin sayı 47 899 nəfər olub.

2022-ci ilin eyni dövründə SOCAR-ın işçi sayı 47 740 nəfər olub ki, bu da illik müqayisədə 159 nəfər artım deməkdir.

 

Bütün xəbərlər