Türkiyənin bu şəhərindən Azərbaycana 11 ayda 28 milyon 474 min ABŞ dollarlıq ixrac olub

17:06 - 4.12.2023


4 dekabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Mersin şəhərindən Azərbaycana 28 milyon 474 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Türkiyə İxracatçılar Məclisinin hesabatında öz əksini tapıb.

Sözügedən dövrdə Mersindən Azərbaycana ixrac ötən ilin müvafiq dövrünə nisbətən 30,2% çox olub.

Həmçinin cari ilin noyabrında Mersindən ölkəmizə 2 milyon 742 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 146,1 % artım deməkdir.

 

Bütün xəbərlər