İpoteka Fondu 6 ayda 38 milyon manat faiz gəliri əldə edib

17:28 - 4.12.2023


4 dekabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2023-cü ilin I yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

ABC.AZ Fondun hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin I yarısında İKZF-nin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 11 milyon 578,1 min manat təşkil edib.

2022-ci ilin I yarısında İKZF-nin xalis mənfəəti 9 milyon 890,9 min manat manat idi.

Hesabat dövründə fondun faiz gəlirləri illik müqayisədə 21.2% artaraq 37 milyon 816.6 min manata, faiz xərcləri isə 24.8% artaraq 20 milyon 804,5 min manata bərabər olub. Bu dövrdə fondun əməliyyat gəlirləri 17 milyon 246 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur.

2023-cü ilin iyul ayının 1-nə İKZF-nin cəmi aktivləri illik müqayisədə 16.5% artaraq 2 milyard 542,1 milyon manata yüksəlib. Bu dövrdə cəmi aktivlərin 73.4%-ni verilmiş ipoteka kreditləri (1 mlrd. 865.9 mln. manat) təşkil edib.