Büdcə gəlirləri və xərcləri təxminən 30 dəfə artıb - Vüqar Gülməmmədov

10:32 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Son 20 ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri 1,2 milyard manatdan 34,9 milyard manata, xərcləri isə 1,2 milyard manatdan 35,9 milyard manata yüksəlib.

ABC.AZ xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan” qəzetindəki məqaləsində yazıb. Sözügedən məqalədə Palata sədri qeyd edib ki, bu da büdcə gəlirlərinin və xərclərinin təxminən 30 dəfə artması deməkdir.

“O cümlədən, 2003-cü ildən bəri milli təhlükəsizlik və hüquq-mühafizə orqanları ilə bağlı xərclər 56 dəfədən çox artaraq 155 milyon manatdan 8,7 milyard manata, sosial xərclər 20 dəfədən çox artaraq 551,8 milyon manatdan 11,1 milyard manata yüksəlib. Hesabat dövründə ölkəmizin ümumi daxili məhsulunun nominal ifadədə artımı təxminən 13 dəfə olub”, – deyə sədr qeyd edib.

Bütün xəbərlər