10:57 - 5.12.2023
5 dekabr, Fineko/abc.az. WhatsAp, iOS istifadəçiləri üçün foto və videoları orijinal keyfiyyətində paylaşmağa imkan verən yeni bir funksiya təqdim edib.
ABC.AZ xəbər verir ki, iOS üçün 23.24.73 versiyasının yeniləməsini müşayiət edən rəsmi dəyişikliklərə əsasən, istifadəçilər artıq orijinal keyfiyyətli media fayllar göndərə biləcəklər.
Funksiya aktiv olanda, çatdakı “+” düyməsini basaraq, “sənəd” və sonra “foto və ya video seçin” seçimindən istifadə edə bilərsiniz. Göndərildikdən sonra qəbul edənlər faylı WhatsApp-da tıklayaraq foto və videolara baxa bilərlər.
Qeyd edək ki, yeni funksiyadan istifadə etməklə göndərilən fayllar üçün 2 Gbayt məhdudiyyət var.