Azərbaycan iqtisadiyyatında rəqəmsallaşma sürətləndiriləcək

11:20 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin hökumətlərlə əlaqələr üzrə rəhbəri Aytuğ Göksunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Görüşdə bu istiqamətində görülən işlər vurğulanıb, Dünya İqtisadi Forumu ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında rəqəmsal iqtisadiyyat, süni intellekt və digər sahələr üzrə layihələrin mövcud icra vəziyyəti və görüləcək işlər müzakirə olunub.

Tərəflər Bakıda keçirilən “InMerge İnnovasiya Sammiti”nin və birbaşa rəqəmsal xarici investisiyalarla bağlı “workshop”un iqtisadiyyatda innovasiyaların tətbiqinin stimullaşdırılmasında əhəmiyyətini qeyd ediblər.

 

Bütün xəbərlər