“TotalEnergies” şirkəti Azərbaycanda dronlarla metan axtaracaq

12:28 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Fransanın “TotalEnergies” şirkəti Braziliyada, Azərbaycanda və Anqolada neft və qaz obyektlərində AUSEA texnologiyasından istifadə etməklə metan aşkarlama və ölçmə tədbirlərini həyata keçirmək üçün milli neft-qaz şirkətləri ilə üç əməkdaşlıq müqaviləsi imzaladığını elan edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki,  müqavilələr Braziliyanın “Petrobras”, Azərbaycanın SOCAR və Anqolanın “Sonangol” şirkətləri ilə imzalanıb.

Məlumata görə, bu müqavilələr “TotalEnergies” və tərəfdaş olan milli neft-qaz şirkətlərinin metan emissiyalarını müəyyən etmək, kəmiyyətləndirmək və azaltmaq və bütün neft və qaz sənayesini 2030-cu ilə qədər sıfır metan emissiyasını hədəfləməyə təşviq etmək öhdəliyini nümayiş etdirir.

Bütün xəbərlər