Vergi güzəştlərinin müddəti daha 3 il uzadılır

14:02 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. “Formula 1” yarışına görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.

Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il nəzərdə tutulub.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bütün xəbərlər