Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib

14:55 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Çindən Azərbaycana blok qatarlarla yükdaşımalar bərpa edilib.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-dən bildirilib.

Məlumata görə, müəyyən fasilədən sonra Çindən Azərbaycana konteyner blok qatarı ilə ilk yükdaşıma həyata keçirilib.

Bildirilib ki, Siandan yola salınan qatar artıq Bakı limanına çatıb. Çindən ölkəmizə ümumikdə 110 TEU yük – elektrik avtomobilləri, tikinti materialları, sənaye məhsulları çatdırılıb. Daşıma Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə, “Xian Free Trade Port Construction and Operation”, “KTZ Express” və “ADY Konteyner” MMC-nin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Bütün xəbərlər