Naxçıvanda 11 ayda 5 mindən çox vergi ödəyicisi qeydiyyata alınıb

15:25 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 5 521 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu yerli Dövlət Vergi Xidmətinin rəis Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, bunların 90,5 %-i fiziki, 9,5 %-i hüquqi şəxslər və digər təşkilatlar olub.

“Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1,9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,7 dəfə, hüquqi şəxslərin sayı isə 18 dəfə artıb. Cari dövrdə qeydiyyata alınan vergi ödəyicilərindən 111-i əczaçılıq fəaliyyəti ilə, 95-i isə səhiyyə xidmətlərinin göstərilməsi ilə məşğul olan şəxslərdir. İlin əvvəli ilə müqayisədə yeni qeydiyyata alınmış əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sayında 28 %, səhiyyə xidmətlərinin göstərilməsi ilə məşğul olan vergi ödəyicilərinin sayında isə 17 % artım baş verib”, – deyə xidmət rəisi əlavə edib.

Bütün xəbərlər