"Naxçıvan Bank"ın kredit portfeli "Kapital Bank"a ötürülüb

15:49 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Azərbaycanın yeganə regional bankı "Naxçıvan Bank" ASC-nin kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb.

ABC.AZ “Report"a istinadla xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycan Mərkəzi Bankından (AMB) təsdiqləyiblər.

Bununla belə, tənzimləyici qurum bəyan edib ki, portfelin satılması "Naxçıvan Bank"ın lisenziyasının ləğv ediləcəyi demək deyil: "Bu, bankın biznes strategiyasına daxil olan məsələlərdəndir. "Naxçıvan Bank"ın maliyyə dayanıqlığı göstəriciləri AMB-nin müəyyən etdiyi requlyativ tələblər çərçivəsindədir, Bankın lisenziyasının geri çağırılması gündəmdə deyil".

Bütün xəbərlər