Mərkəzi Bankın Baş direktoru vəzifəsindən azad edilib

16:21 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının baş direktorlarından biri vəzifəsindən azad edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, vəzifəsindən azad edilən şəxs Aqşin Vəliyevdir.

Bununla da, requlyatorda baş direktorların sayı 6-ya enib.

Digər baş direktorlar: Ziya Zəfər oğlu Əliyev, Vüqar Ramin oğlu Əhmədov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev, Fərid Tofiq oğlu Osmanov, Gülər Azər qızı Paşayeva.

 

Bütün xəbərlər