BOKT-lar da ödəniş agenti xidməti göstərə biləcək

16:27 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət dairəsi genişləndirilir.

ABC.AZ-ın məlumatına görə, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Bank olmayan kredit təşkilatları haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Müzakirəyə çıxarılan layihəyə əsasən, BOKT-lar ödəniş agenti xidməti göstərə biləcək.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.