Dünyanın ən böyük təyyarəsi hipersəsli təyyarə ilə havaya qalxdı

16:44 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. “Stratolaunch” şirkətinin nəhəng Roc təyyarəsi ilk dəfə olaraq tam doldurulmuş “Talon-A” hipersəsli aparatını havaya qaldırıb.

ABC.AZ xəbər verir ki, “Talon-A” aparatı maye yanacaqla işləyir və bir müddət sonra müstəqil uçuşa başlayacaq.

Qanadlarının amplitudası 117 m olan iki füzelyajlı “Ruh quşu” (Roc) təyyarə, 12—ci dəfədir ki, yanacaqla doldurulmuş hipersəs aparatı havaya qalxıb.

Uçuş 3 saat 22 dəqiqə davam edib.