Sinqapur gəncləri dünyanın ən savadlıları seçilib - Test keçirildi

16:45 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Dünya üzrə 15 yaşlı gənclərin oxuma, riyaziyyat və elm səviyyələrinin qiymətləndirilməsi testi keçirilib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci il PISA adlı test nəticəsində Sinqapur bütün sahələrdə birinci yeri tutub.

81 iştirakçı ölkə və regionun qatıldığı testdə digər güclü performans göstərənlər Çinin Makao vilayəti, Tayvan, Yaponiya, Cənubi Koreya və Estoniyadır.

Onların hamısı üç əsas kateqoriyanın hər birində ilk 10-da yer alır.

Tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən aparılır.

Hesabatda bildirilir ki, 2022-ci il qiymətləndirməsi OECD-də tələbə səviyyələrində görünməmiş eniş göstərib.