Putin Səudiyyə Ərəbistanında enerji sahəsində əməkdaşlığı müzakirə edəcək

17:12 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Rusiya prezidenti Vladimir Putin dekabrın 6-da Səudiyyə Ərəbistanına səfəri çərçivəsində iki ölkənin enerji əməkdaşlığını müzakirə edəcək.

ABC.AZ xəbər verir ki, Putinin köməkçisinin sözlərinə görə, “səfər çərçivəsində enerji sahəsində əməkdaşlığı, o cümlədən OPEC+ əməkdaşlığı, eləcə də Yaxın Şərqdə, Qəzza zolağında, Yəməndə, Suriyada və Sudanda vəziyyəti müzakirə etmək planlaşdırılır”.

Bütün xəbərlər