Rusiya və İran sanksiyalara qarşı sənəd imzaladılar

17:17 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyin Əmir Abdollahiyan dekabrın 5-də Moskvada sanksiyalara qarşı sənəd imzalayıblar.

ABC.AZ xəbər verir ki, sənəd “Rusiya Federasiyası və İran İslam Respublikasının birtərəfli məcburi tədbirlərin mənfi nəticələrinin qarşısının alınması, azaldılması və kompensasiyası yolları və vasitələri haqqında Bəyannaməsi” adlanır.

Danışıqlar Xəzəryanı dövlətlərin (Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistan) XİN başçılarının görüşündə keçirilib.