Neft sabitdir, Brent bir barel üçün $77,22 təşkil edir

09:30 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri iyulun əvvəlindən bəri ən aşağı səviyyəyə düşdükdən sonra çərşənbə günü keçirilən hərracda cüzi dəyişir.

Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09:25-də $0,02 (0,03%) artaraq bir barel üçün $77,22-a çatıb. 5 dekabr ticarətinin nəticələrinə görə, Brent markalı neftin fevral fyuçersləri $0,83 (1,06%) - bir barel üçün $77,20-a qədər ucuzlaşdı.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti saat 09:25-də $0,04 (0,06%) - bir barel üçün $72,28-a düşdü. 5 dekabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,72 (0,99%) azalaraq bir barel üçün $72,32-a düşüb.

Bütün xəbərlər