“Apple” bütün dünyada öz kredit kartını işə salacaq

10:07 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. "Apple” korporasiyası “Chase Bank” ilə birlikdə bütün dünyada öz bank kartını təqdim etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

"Bloomberg"in köşə yazarı Mark Qurmanın məqaləsində şirkətin “Apple Card”ı yenidən işə salmaq niyyətində olduğunu bildirib. Sonuncunun emitenti “Apple”ın əməkdaşlığı dayandırmaq qərarına gəldiyi “Goldman Sachs” idi. Dünyanın ən böyük banklarından biri olan və 60 ölkədə fəaliyyət göstərən “Chase Bank” isə korporasiyanın yeni tərəfdaş ola bilər.

“Apple və Goldman Sachs əməkdaşlıqdan tamamilə imtina etmək ərəfəsindədir, Chase isə sövdələşmənin yeni iştirakçısı olmaq üçün ideal namizəddir”, – deyə Qurman yazır.