“Araz Supermarket” MMC-nin vergi borcu 4 milyin manatı ötdü

10:21 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. “Araz Supermarket” MMC-nin dövlət qarşısında vergi borcu daha da artıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Dövlət Vergi Xidmətinin məlumat bazasında dərc olunmuş rəqəmlərdə öz əksini tapıb.

Məlumata əsasən, “Araz Supermarket” MMC-nin vergi borcu hazırda 4 102 613.19 manat təşkil edir.

Qeyd edək ki, 29.10.2023-cü il tarixinə “Araz Supermarket” MMC-nin vergi borcu 3 761 722.12 manat idi.

Xatırladaq ki, “Araz Supermarket” MMC-nin nizamnamə kapitalı 7 055 020 manatdır və qanuni təmsilçisi Rəşad İbrahimovdur.

Bütün xəbərlər