10:27 - 6.12.2023
6 dekabr, Fineko/abc.az. Azərbaycanda hava nəqliyyatı ilə yük daşınmasından əldə olunan gəlirlərin həcmi illik müqayisədə kəskin azalıb.
ABC.AZ-ın məlumatına görə, azalma nə az, nə çox 51% təşkil edib.
Yük təyyarələri 2023-cü ilin ilk üç rübü ərzində 255 min tonluq yük daşıyıb ki, bu da öncəki ildən 21.9 faiz azdır.
Yükdaşınmasındakı eniş karqodan gəlirləri də azaldıb. Azərbaycanda fəaliyyətdə olan yükdaşıma aviaşirkətləri ilin ilk üç rübündə cəmi 1 milyard 352.1 milyon manatlıq gəlir əldə edib ki, bu da illik müqayisədə 51.1 faiz azdır. 2022-ci ilin müvafiq dövründə aviaşirkətlərin yükdaşımadan gəlirləri 2 milyard 767.1 milyon manat idi.
Azərbaycanın ən iri yükdaşıma şirkətlərindən biri “Silk Vey Vest Aviaşirkəti” MMC-nin yarımillik audit hesabatından da görünür ki, cari il öncəki ildən daha zəifdir. Adıçəkilən şirkət 2022-ci ilin ilk yarımilində 1 milyard 785 milyon manat gəlir əldə etdiyi halda, cari ildə bu rəqəm 816.4 milyon manata düşüb.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024