Aİ ölkələri Rusiya aktivlərindən Ukraynaya mənfəət ötürməyə qarşı çıxdı

10:34 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Avropa İttifaqının bir sıra ölkələri İspaniyanın Rusiyanın dondurulmuş aktivlərindən qazancdan Kiyevə kömək üçün istifadə etmək təklifinə qarşı çıxdı.

ABC.AZ xəbər verir ki, Avropa İttifaqı Şurasına sədrlik edən İspaniyanın təklifi Aİ nümayəndələrinin görüşü zamanı müzakirə edildi. Madrid hesab edir ki, Rusiya Bankının ehtiyatlarından mənfəət 2027-ci ilə qədər 15-17 milyard avroya çata bilər.

Lakin bir sıra ölkələr İspaniyanın təklifinin Avropa İttifaqının Ukraynaya dəstək prioritetinə cavab vermədiyini söyləyib. Belə ki, Kiyevin bu vəsaiti əldə etməsi üçün aylar, hətta illər keçəcək.

Bütün xəbərlər