11:07 - 6.12.2023
6 dekabr, Fineko/abc.az. Çində dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyası (AES) fəaliyyətə başlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.
Məlumata görə, yüksək temperaturlu qazla soyudulan reaktora malik “Şidaovan” şərqi Şandun əyalətində yerləşir. AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq kommersiya istismarına verilib.
“Bu, Çinin dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində dünyanın aparıcı səviyyəsinə çatdığını göstərir”, – idarənin saytında dərc olunan açıqlamada vurğulanır.
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024