Azərbaycan qeyri-neft məhsullarının ixracını artırıb

11:12 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 3 milyard 33,68 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

ABC.AZ-ın məlumatına görə bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Agentlikdən bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10.5% çoxdur.

Belə ki, təkcə noyabr ayında qeyri-neft məhsullarının ixracı 321,85 milyon ABŞ dolları təşkil edib. Bu da 1 il əvvələ nisbətən 6.2% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12.3% artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərlər