“PMD”nin oteli cərimələnir - İş məhkəməyə göndərilib

11:20 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. “PMD”nin “Yeni Qalaaltı Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnə bilər.

ABC.AZ-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Anar İbadzadə baxacaq.

Qeyd edək ki, İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Bütün xəbərlər