Bakının mərkəzində yol hərəkəti dayandırıldı

11:32 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Azərbaycan paytaxtının Nəsimi rayonunda Dilarə Əliyeva küçəsində təmir işləri ilə bağlı nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Təmir işləri Dilarə Əliyeva küçəsində, Azadlıq prospekti ilə Puşkin küçəsinin kəsişməsində aparılır.

“Sürücülərdən məhdudiyyəti nəzərə almalarını xahiş edirik”, - İntellektual İdarəetmə Mərkəzinin məlumatında belə deyilir.

Bütün xəbərlər