Palata Elm və Təhsil nazirliyində yoxlama apardı - Nöqsanlar aşkarlandı

11:47 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Hesablama Palatası 2023-cü il üçün İş Planı əsasında Elm və Təhsil Nazirliyinin, eləcə də qurumun təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin (İdarə) 2021-2022-ci illərdə həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğu vəziyyətinin qiymətləndirilməsi üzrə auditini aparıb, nöqsanlar aşkar edib.

ABC.AZ xəbər verir ki, bu barədə Palatadan bildirilib.

Məlumata görə, auditin əhatə etdiyi dövrdə 666.3 milyon manat dəyərində 494 müqavilə bağlanılıb, həmin müqavilələr üzrə icra məbləği 526 milyon manat təşkil edib. Satınalma müqavilələri əsasında 461.1 milyon manat dəyərində mal, iş və xidmətlər alınıb, hər iki qurumda keçirilmiş satınalmaların əsas hissəsi funksional fəaliyyətlə bağlı funksiyaların yerinə yetirilməsi məqsədini daşıyıb. Auditlə ümumilikdə 411 müqavilə çərçivəsində 468.8 milyon manatı əhatə edilib.

 

Bütün xəbərlər