İlon Maskın xAI startapı $1 mlrd qədər investisiya cəlb etməyi planlaşdırır

12:18 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. xAI bu il yarandığı gündən bəri təxminən 135 milyon dollar cəlb edib, lakin investorların siyahısı hələ açıqlanmayıb. Hazırda şirkət təxminən 1 milyard dollar cəlb etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, keçən ay İlon Mask, X sosial şəbəkəsinin mövcud investorlarının xAİ startapı kapitalındakı səhmlərin təxminən dörddə birini aldığını söyləmişdi. X Premium xidmətinin abunəçiləri, Twitter kimi tanınmış sosial şəbəkənin məlumatlarını istifadə edərək xAİ tərəfindən yaradılan Grok chatbotuna da giriş əldə edəcəklər.

Bütün xəbərlər