SOCAR “LUKoil” şirkətinin Bolqarıstandakı biznesini almağa maraq göstərir

12:19 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) daxil olmaqla, bir neçə struktur Rusiyanın “LUKoil” şirkətinin Bolqarıstandakı biznesini almağa maraq göstərir.

ABC.AZ xəbər verir ki, bu barədə “Euractiv” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, “LUKoil” şirkətinin Bolqarıstandakı biznesini almaqda maraqlı tək SOCAR deyil. Belə ki, Rusiya şirkətinin Bolqarıstandakı biznesinə ABŞ-nin iki investisiya fondu və iki neft şirkəti də sahib olmağa can atır. 

Qeyd edək ki, dekabrın 5-də Rusiya şirkəti Bolqarıstandakı aktivlərlə bağlı strategiyasını nəzərdən keçirəcəyini və ölkədəki biznesini satmaq imkanlarını təhlil edəcəyini açıqlayıb. Buraya Burqasdakı neft emalı zavodu, 220 yanacaqdoldurma məntəqəsi şəbəkəsi, 9 neft bazası və s. daxildir.