Bu, regionda 9 ayı ərzində 742 yeni iş yeri yaradılıb

14:46 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Qarabağ İqtisadi Rayonunda bu ilin 9 ayı ərzində 742 yeni iş yeri yaradılıb.

ABC.AZ xəbər verir ki, sözügedən rəqəmlər Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib. Bu illik müqayisədə 79 yeni iş yeri (11,9%) çoxdur.

Ötən ilin eyni dövründə Qarabağ İqtisadi Rayonunda 9 ay ərzində 663 yeni iş yeri yaradılmışdı.

Hesabat dövründə iş yerlərinin 105-i Ağcabədidə, 64-ü Ağdamda, 63-ü Bərdədə, 34-ü Füzulidə, 5-i Xocalıda, 46-sı Xocavənddə, 262-si Şuşada, 163-ü Tərtərdə yaradılıb.

Bu ilin III rübündə isə 269 yeni iş yeri açılıb. Ötən ilin III rübündə isə 329 iş yeri açılmışdı.

III rübdə açılmış iş yerlərinin 37-si Ağcabədidə, 46-sı Ağdamda, 10-u Bərdədə, 21-i Füzulidə, 14-ü Xocavənddə, 85-i Şuşada, 56-sı Tərtərdə yaradılıb.

Bütün xəbərlər