“Adidas” və “Reebok” Rusiyada yeni ad altında işləyəcək

15:01 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. “Adidas” və “Reebok” şirkətlərinin məhsulları, Rusiya bazarından çıxmasına baxmayaraq, ölkədə qərb idman markalarının distribyutoru “Lestate” tərəfindən fəaliyyətə başlayan “ASP” mağazalar şəbəkəsində satılacaq.

ABC.AZ xəbər verir ki, “Adidas” və “Reebok” məhsulları olan ilk mağaza bu həftə Moskvadakı “Belaya daça” satış mərkəzində açılmalıdır.

Bütün xəbərlər