Hindistan fond bazarı 4 trilyon dollara çatıb - Dünyada beşinci yerdə qərarlaşıb

15:36 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Hindistan fond bazarının dəyəri tarixdə ilk dəfə olaraq 4 trilyon dollara çatıb.

ABC.AZ-ın məlumatına görə, bu, “Bloomberg”in hesablamalarında öz əksini tapıb.

Sözügedən hesablamalarda qeyd edilib ki, təkcə son üç il ərzində Hindistan şirkətlərinin ümumi kapitallaşması 1 trilyon dollar artıb. İndi Hindistan öz fond bazarının kapitallaşmasına görə dünyada ABŞ, Çin, Yaponiya və Honq-Konqdan sonra beşinci yerdədir.

Yalnız, bu il Hindistanın ictimai şirkətlərinin, xüsusən də texnologiya və enerji sektorlarında ümumi bazar dəyəri 13% artdığı halda, dördüncü yerdə olan Honq-Konqun birja kapitallaşması bu il 17% azalaraq 4.7 trilyon dollara düşüb və Hindistanı dördüncü yerə yaxınlaşdırıb.

İlin əvvəlindən bəri xarici investorlar Hindistanın səhmlərinə təxminən 15 milyard dollar xərcləyib. Həmçinin, yerli investisiya fondlarından daha 20 milyard dollar vəsait daxil olub.

Bütün xəbərlər