Rusiya telekanalları bu ölkə ilə yeni verilişlər hazırlaya bilər

16:19 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Rusiyanın bir sıra telekanalları, o cümlədən TNT, STS və s. Cənubi Koreyanın Seoul Broadcasting System (SBS) televiziya və radio yayımı şirkəti ilə Koreya şoularının Rusiya Federasiyasında birgə istehsalı və lokalizasiyasını müzakirə edir.

ABC.AZ xəbər verir ki, analitiklər hesab edirlər ki, buna səbəb televiziyanın onlayn kinoteatrlarla artan rəqabətidir. Yayımçılar tamaşaçıları və video baxışlarında liderliyini qorumağa çalışırlar. Lakin, mütəxəssislərin fikrincə, bu ideya baha başa gələ bilər, çünki Koreya şirkətləri istehsala iri həcmdə büdcə yatırır.