Azərbaycan banklarının 6 türkdilli ölkədə 44-ə qədər müxbir hesabı var

16:33 - 6.12.2023


6 dekabr, Fineko/abc.az. Bu ilin avqust ayına olan məlumata görə, Azərbaycan banklarının 6 türkdilli ölkədə 44-ə qədər müxbir hesabı var.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev Türkiyədə keçirilmiş “Fintex Sammit İstanbul 2023” – maliyyə texnologiyaları sammitində bildirib.

“Hazırda türkdilli ölkələr arasında güclü ticarət əlaqələri sıx maliyyə münasibətlərinə səbəb olmaqdadır. Bunun bir təzahürü özünü müxbir münasibətlərdə göstərir”, – deyə o qeyd edib.

Bütün xəbərlər