10:51 - 18.07.2018
18 iyul, Fineko/abc.az. İtaliya Prezidenti Sercio Mattarella Azərbaycanda səfərdədir.
Çərşənbə günü, iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella Bakıda təkbətək formatda danışıqlar keçiriblər.
Görüşdə Azərbaycan-İtaliya iqtisadi və siyasi əlaqələrinin uğurlu inkişafı, İtaliya Prezidentinin hazırkı səfərinin ikitərəfli əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
“İlham Əliyev və Sercio Mattarella qarşılıqlı maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi apardılar”, - Azərbaycan prezidentinin saytında belə deyilir.
Səfər çərçivəsində İtaliya prezidenti Sumqayıt Kimya Sənaye Parkına səfər edəcək, orada “Maire Tecnimont” şirkəti tərəfindən tikilmiş polipropilen zavodunun fəaliyyəti ilə tanış olacaq.
19 iyul tarixində İtaliya və Azərbaycan prezidentləri həmçinin biznes forumda iştirak edəcəklər.
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
28 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024
27 Mart 2024